- Köhnə - Cəmiyyət
- 26 May 2016 17:54
- 4 220
Bəzi layihələr niyə seleksiyadan keçmir? - Açıqlama
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı il ikinci maliyyə müsabiqəsinə 295 layihə təklifi daxil olub.
Bu barədə Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud məlumat verib.
E.Behbud bildirib ki, qeyri-hökumət təşkilatlarının təqdim etdiyi layihələrdən 21-i təşkilatın qanuni təmsilçisinin səlahiyyət müddətinin bitməsi, layihə sənədlərinə zəruri əlavələrin edilməməsi və digər bu kimi səbəblərdən seleksiyadan keçməyib: "Şura 274 layihəni isə ekspertizaya təqdim edib. Hər bir layihəni 3 müxtəlif ekspert (dövlət orqanı nümayəndəsi, müstəqil ekspert və Şura Katibliyinin əməkdaşı) qiymətləndirir".
O deyib ki, hazırda ekspertiza mərhələsi yekunlaşıb və müvafiq arayışlar Şuranın müzakirəsinə təqdim olunub: "İyun ayının ilk ongünlüyündə müsabiqə nəticələrinin elan olunması nəzərdə tutulur".
Report.az