Bakıda müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün ayrıca zolaqlar yaradılır. Bakıda müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün ayrıca zolaqlar yaradılır.

Bakıda avtobuslar üçün yenilik - Ayrıca zolaqlar yaradılır

Bakıda müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün ayrıca zolaqlar yaradılır.


Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, ayrıca zolaqların yaradılması yollarda avtomobillərin hərəkətini xeyli yüngülləşdirəcək. Allahyarovanın sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi tərəfindən Azadlıq prospektində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi və həmin yolda tıxacın qarşısının alınması məqsədilə avtobusların Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsindən prospektin ikinci yoluna daxil olmasını tənzimləyəcək layihə üzrə görülən işlər yekunlaşmaq üzrədir.

"Artıq mövcud 5 dayanacağın yeri alternativ köməkçi yola dəyişdirilib. Azadlıq prospektinə günün pik saatlarında 2000-ə yaxın avtonəqliyyat vasitəsi daxil olurdu ki, onlardan 70-i avtobus idi. Əlavə olaraq bildirək ki, Azadlıq prospektindən S.S.Axundov küçəsinə qədər 7 marşrut xətti üzrə 146 avtobus hərəkət edirdi", - deyə Nuridə Allahyarova bildirib.

Mayın 12-də "BakuBus" Bakıda yeni avtobus marşurutu açıb. Yeni xətdən əlavə daha iki - 2, 14 saylı marşrut xətlərinin hərəkət trayektoriyası uzadılacaq. Bu dəyişiklik metronun yeni istifadəyə verilən "Avtovağzal" stansiyasının açılışı ilə bağlıdır.

May ayının 12-dən fəaliyyətə başlayacaq xətt metro stansiyası ətrafındakı sərnişin sıxlığını nəzərə alaraq sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədi daşıyır. İlkin mərhələdə 13 nömrəli marşrut xətti üzrə mayın 12 və 13-də sınaq rejimində 8 ədəd avtobus xidmət göstərəcək.

Mayın 15-dən isə marşrut xətləri tam rejimdə fəaliyyət göstərəcək. 2 və 14 nömrəli marşrut xəttinin Cəfər Cabbarlı Kinostudiyası, Moskva prospekti, Biləcəri dairəsi və Bakı Beynəlxalq Avtovağzal Kompleksiistiqamətində hərəkət trayektoriyası uzadılıb.


Anspress.com