Rusiya Ali Məhkəməsi Moskvada polisi qətlə yetirən azərbaycanlı Xəlil Sarıyev barəsində çıxarılmış ömürlük azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb. Rusiya Ali Məhkəməsi Moskvada polisi qətlə yetirən azərbaycanlı Xəlil Sarıyev barəsində çıxarılmış ömürlük azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb.

Polisi öldürən azərbaycanlı barədə ömürlük həbs qərarı qüvvədə qaldı - Moskvada

Rusiya Ali Məhkəməsi Moskvada polisi qətlə yetirən azərbaycanlı Xəlil Sarıyev barəsində çıxarılmış ömürlük azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb.


Bu barədə məlumat Rusiya Baş Prokurorluğunun saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, Moskva Şəhər Məhkəməsi bu il yanvarın 13-də Xəlil Sarıyevi polisin ölümündə təqsirli bilərək, ömürlük azadlıqdan məhrum edib.

Müdafiə tərəfi hökmdən şikayət verib. Lakin şikayət üçün dəlillər Rusiya Baş Prokurorluğu tərəfindən rədd edilib və Ali Məhkəmənin cinayət məsələləri üzrə məhkəmə kollegiyası vəkillərin apelyasiya şikayətini rədd edərək hökmü qüvvədə saxlayıb.

Məhkəmə hökmündə bildirilir ki, 2014-cü il aprelin 6-da Xəlil Sarıyev qətldə şübhəli bilindiyinə görə axtarışda olan tanışı ilə Moskvadakı mənzilində olan vaxt polislər mənzilə gəlib. Polislər şübhəli şəxsi yaxalamaq istəyərkən X. Sarıyev onlara mane olmağa çalışıb və polislərdən birinə ov tüfəngindən atəş açıb.

Polis kapitanı Sergey Jadobkin aldığı güllə yarasından ölüb.


Apa.az