Xəbər verdiyimiz kimi, bu ilki ali məktəbə qəbul imtahanlarında bal toplayanlardan biri də Qazax rayonu Canallı kənd orta məktəbinin məzunu Səbinə İsmayılovadır. Xəbər verdiyimiz kimi, bu ilki ali məktəbə qəbul imtahanlarında bal toplayanlardan biri də Qazax rayonu Canallı kənd orta məktəbinin məzunu Səbinə İsmayılovadır.

Kənd məktəbinin 700 bal toplayan məzunu: “Onlar mənə çox kömək etdilər”

Xəbər verdiyimiz kimi, bu ilki ali məktəbə qəbul imtahanlarında bal toplayanlardan biri də Qazax rayonu Canallı kənd orta məktəbinin məzunu Səbinə İsmayılovadır.


AzNews.az-ın məlumatına görə, kənd məktəbindən məzun olan abituriyentin bu qədər yüksək bal toplaması marağa səbəb olub. Bu səbəbdən əməkdaşlarımız S. İsmayılova ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

"Çox sağ olsunlar, məni təbrik edənlərə təşəkkür edirəm. Çox zəhmət çəkdim, orta məktəbdən əlavə hazırlığa da gedirdim. Lakin düzünü deyim, mən bu qədər bal gözləmirdim. Heç kəs inanmırdı ki, mən o qədər bal toplaya bilərəm. Valideynlərim və məni hazırlaşdıran müəllimlərimin sevinci hədsizdir. Onlar mənə çox kömək elədilər", - deyə o, bildirib.

S.İsmayılova "Müalicə işi" ixtisasını seçdiyini bildirib.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə 6 abituriyent 700 bal toplayıb. Onların arasında Qazax rayonu Canallı kənd orta məktəbinin şagirdi Səbinə İsmayılova da var.

Bahar RÜSTƏMLİ
AzNews.az