Qərb Universitetinin ənənəvi "Səfir saatı" layihəsi davam edir. Qərb Universitetinin ənənəvi "Səfir saatı" layihəsi davam edir.

Fələstin səfiri və BMT nümayəndəsi Qərb Universitetində olub - FOTO

Qərb Universitetinin ənənəvi "Səfir saatı" layihəsi davam edir.


AzNews.az xəbər verir ki, Qərb Universiteti tələbələrinə diplomatlarla birbaşa ünsiyyət yaratmaq, Azərbaycanın xarici əlaqələri və s. haqqında daha ətraflı məlumatlar əldə etmək imkanı yaratmaq məqsədi ilə "Səfir saatı" layihəsi çərçivəsində Azərbaycandakı səfirliklərlə əməkdaşlıq edir. Bu layihə çərçivəsində Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərimin və Azərbaycan Respublikasında BMT-nin Rezident əlaqələndiricisi cənab Qulam İshaqzainin " Fələstin xalqı ilə Beynəlxalq həmrəylik günü" mövzusunda professor-müəllim və tələbə heyəti ilə görüşü təşkil olunub.

Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərim Fələstinin Azərbaycan və Fələstin dövlətlərinin qarşılıqlı münasibətlərindən danışaraq tələbələrin suallarını cavablandırıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasında BMT-nin Rezident əlaqələndiricisi cənab Qulam İshaqzai Fələstin dövlətinin prezidenti Mahmud Abbasın Fələstin xalqı ilə Beynəlxalq həmrəylik günü ilə əlaqədar Fələstin xalqını təbrik etdi.

Tədbirin sonunda qonaqlar Qərb Universiteti ilə yaxından tanış olub. Yeni fəaliyyətə başlayan BMT Depozitariya Kitabxanası qonaqlarda xüsusi marağa səbəb olub.

image description image description image description image description image description image description