Dekabrın 3-dən 15 yanvaradək "Nargis Fund"-un rəhbərliyi və "Amapola Exclusive Events"-in təşkilati dəstəyilə Fəvvarələr meydanında növbəti, dördüncü "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası keçiriləcək. Dekabrın 3-dən 15 yanvaradək "Nargis Fund"-un rəhbərliyi və "Amapola Exclusive Events"-in təşkilati dəstəyilə Fəvvarələr meydanında növbəti, dördüncü "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası keçiriləcək.

Sabah Fəvvarələr Meydanında xeyriyyə yarmarkası başlayır

Dekabrın 3-dən 15 yanvaradək "Nargis Fund"-un rəhbərliyi və "Amapola Exclusive Events"-in təşkilati dəstəyilə Fəvvarələr meydanında növbəti, dördüncü "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası keçiriləcək.


AzNews.az Trend-ə istinadən xəbər verir ki, ənənəyə uyğun olaraq, yarmarkadan toplanan vəsait xeyriyyə işlərinə sərf olunacaq. "Nargis Fund" yarmarkanın sponsorları - Azərbaycan Beynəlxalq Bankı, "Amapola Exclusive Events", "Caspian Drilling Company", Qala Həyat, SEBA (Azərbaycan - Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası), Azərİşıq, "Elevatione", "Norm", "Fresh Catering" ilə birgə ehtiyacı olan uşaqlara yardım göstərəcəklər (müalicə, əməliyyat və s.).

Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin kiçik sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, yarmarkanın sponsorlarından ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.

"Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasında iştirak, informasiya dəstəyi və layihənin işıqlandırılması üçün media nümayəndələri, könüllülər, fotoqraflar, bloggerlər, musiqiçilər və rəqs qrupları dəvət olunur.