Bakıda 1 dərəcə şaxta olacaq, qar yağacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında dekabrın 8-də bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə və gündüz 1° şaxtadan 2°-dək isti, Bakıda gecə və gündüz 0-2° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütünundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Xəbərdarlığa görə, dekabrın 8-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dekabrın 9-da isə arabir güclənən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın minimal temperaturu 0-3° şaxta təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13°, gündüz 0-5° şaxta olacağı gözlənilir.