“Mənə dələduzluq damğası vuranlar məhkəmə qarşısında cavab verəcək”. “Mənə dələduzluq damğası vuranlar məhkəmə qarşısında cavab verəcək”.

“Mənə dələduz deyənlər…” - Məmmədbağır Bağırzadənin oğlu

“Mənə dələduzluq damğası vuranlar məhkəmə qarşısında cavab verəcək”.


Bunu AzNews.az-a Xalq artisti Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadə bildirib. O, həqiqətən bir şəxsə pul borcu olduğunu təsdiqləyib:

"Mənim borcum var və məhkəmə qərarı ilə onu ödəyirəm. Amma bu dələduzluq deyil. Biz Mürvətlə dostuq. İstədik ki, iş quraq. Pul alıb iş qurduq. Elə oldu ki, alınmadı, ziyana getdik. Nəticədə mən Mürvətə borclu qaldım. Açığı mənim borcum 40 min olmayıb. Məbləğ çox az olub, sadəcə üstünə faiz gəldiyindən 40 min olub. Məni dələduzluqda ittiham edənlər qanun qarşısında cavab verəcək."

Rahim Bağırzadə qeyd edib ki, bununla bağlı bütün orqanlara müraciət edəcək: "Mən kiməsə qarşı səhv hərəkət etməmişəm. Xalqın içində olan adamam. Heç olmasa atama hörmət edəydilər . Mən Mürvətlə danışdım. Bunun mətbuata çıxmasına görə o, özü də pis olub. Deyir ki, "sən mənə olan borcunu ödədiyin halda niyə mətbuata çıxım, nəsə deyim?" Yəqin məhkəmədə bunu yazan mətbuat orqanı məlumatın hardan aldığını da deyər. Bu xəbərdən ailəm sarsılıb, hamı bir-birinə dəyib."

Bir müddət əvvəl bir neçə saytda mərhum xalq artisti Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadənin əmlakına məhkəmə tərəfindən həbs qoyulması barədə xəbərlər yazılıb. Yazılan xəbərlərə görə, Mürvət Abdullayev adlı şəxs Yasamal Rayon Məhkəməsinə müraciət edərək Rahim Bağırzadənin ondan 40 min manat aldığını, lakin qaytarmadığını bildirib. Mürvət Abdullayev Rahim Bağırzadənin bir sıra tanınmış şəxslərə qarşı da dələduzluq etdiyini deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az