Yeni avtobus dayanacaqları bu ünvanlarda

“Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Bakı şəhərində bir sıra ərazilərdə avtobus dayanacaq məntəqələrinin yerləşmə məsafələri standartlara uyğun olmamaqla yanaşı, mövcud avtobus dayanacaq məntəqələrinin bir çoxunda müvafiq olaraq yol nişanları quraşdırılmayıb”.


Bu haqda Modern.az-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin əməkdaşı Mais Ağayev bildirib.

Onun sözlərinə görə, vətəndaşların və daşıyıcıların müraciətlərinə və aparılan təhlillərə əsasən, paytaxtın müxtəlif ərazilərində artıq 26 dayanacaq nişanı yerləşdirilib:
"Hazırda bu proses davam etməkdədir. İlin sonuna kimi 75 belə nişanın quraşdırılması nəzərdə tutulub. Sərnişinlər nişanlardakı məlumat löhvələri vasitəsilə məntəqənin ünvanı, dayanacaqda sərnişinlərə xidmət edən marşrutların nömrələri, onların keçdiyi dayanacaq məntəqələrinin adları, intervalları, ilk və son avtobusun dayanacaqdan keçmə vaxtı barədə məlumat ala biləcəklər".

Nişanların qurşadırılması prosesi çərçivəsində 8 ünvanda yeni avtobus dayanacağı da müəyyən edilib. Həmin ünvanları da təqdim edirik.
Mətbuat pr. 37a
Mir Cəlal küç. 174
Mir Cəlal küç. 276
Mir Cəlal küç. 326
Ziya Bünyadov pr. 65
Ziya Bünyadov pr. 98
7. Təbriz küç. 30 və yolun əks istiqamətində.

AzNews.az