Azərbaycanın aparıcı mobil operatoru, milyonlarla abunəçinin etibarını qazanan Azercell Telekom MMC 20 illik yubileyi münasibəti ilə şirkətdə ilk gündən çalışan işçiləri üçün görüş təşkil edib. Azərbaycanın aparıcı mobil operatoru, milyonlarla abunəçinin etibarını qazanan Azercell Telekom MMC 20 illik yubileyi münasibəti ilə şirkətdə ilk gündən çalışan işçiləri üçün görüş təşkil edib.

Azercell şirkətdə 20 il çalışan işçilərini mükafatlandırdı - Fotolar

Azərbaycanın aparıcı mobil operatoru, milyonlarla abunəçinin etibarını qazanan Azercell Telekom MMC 20 illik yubileyi münasibəti ilə şirkətdə ilk gündən çalışan işçiləri üçün görüş təşkil edib.


AzNews.az xəbər verir ki, 20 il əvvəl – 1996-cı il dekabrın 15-də Azercell Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlayıb. Bununla da ölkənin mobil telekommunikasiya sektorunun tarixində tamamilə yeni keyfiyyət səhifəsi açılmış olub.

Görüş zamanı Azercell-in prezidenti Vahid Mürsəliyev çıxış edib, şirkətin 20 ildə keçdiyi yola qısa nəzər salaraq indi gəlib çıxdığı səviyyəni dəyərləndirib. Qeyd edib ki, Azercell təqdim etdiyi xidmətlər sayəsində öz abunəçilərinin hər kəsdən və hər zaman bir addım irəlidə olmasını təmin etməkdə israrlıdır: "Hazırda beynəlxalq şirkətin bir hissəsi olan Azercell nəinki ölkənin, ümumilikdə regionun qabaqcıl mobil operatorudur. Biz bu mövqeyə gəlib çatmaq, müştərilərimizin sonsuz etibarını qazanmaq üçün çox işləmişik. Abunəçilərimizə qarşı dürüst olmuşuq, onlara hörmətlə yanaşmışıq. ​Əminəm ki, dəyərlərimizə və biznes prinsiplərimizə sadiq qalaraq, bundan sonra da öncüllüyümüzü qoruyub saxlayacaq, daha da inkişaf edəcəyik".



V.Mürsəliyev şirkətin yarandığı gündən Azercell-də işləyən, 20 ildir burada əmək sərf edən əməkdaşları da mükafatlandırıb. Onlara xatirə hədiyyələri, sertifikatlar təqdim olunub, gələcək işlərində daha böyük uğurlar arzulanıb. Azercell prezidenti qeyd edib ki, istənilən şirkətin uğur qazanmasında ən başlıca faktor onun peşəkar komandasının mövcudluğu, əməkdaşlarının işə məsuliyyətli yanaşması ilə bağlıdır. Bu baxımdan Azercell-in bəxti gətirib, çünki məhz sadiq əməkdaşları sayəsində Azercell indiki lider mövqeyə gəlib çata bilib. Hazırda Azercell-in peşəkar işçiləri digər şirkətlərdə təlimlər keçir, xarici ölkələrdə işləyirlər. Eyni zamanda, Azercell rəhbərliyi də öz işçilərinin səylərini yüksək qiymətləndirir. Yubiley yığıncağında Azercell-in departament direktorları, aparıcı əməkdaşları iştirak ediblər.

Azercell yeni nəsil telekommunikasiya şirkəti kimi daim öndə olmağı, hər kəsin etibar etdiyi operator kimi qalmağı, daha yeni yüksəklikləri fəth etməyi hədəfləyir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza" və s.

2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal" və "Testmy.net" kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.