"Bu il Azərbaycana Rusiyadan gələnlərin sayı 7,1%, İrandan gələnlərin sayı 58%, Qazaxıstandan gələnlərin sayı 15,8% artıb". "Bu il Azərbaycana Rusiyadan gələnlərin sayı 7,1%, İrandan gələnlərin sayı 58%, Qazaxıstandan gələnlərin sayı 15,8% artıb".

“İrandan gələnlərin sayı 58%, Qazaxıstandan gələnlərin sayı 15,8% artıb” - Nazir müavini

"Bu il Azərbaycana Rusiyadan gələnlərin sayı 7,1%, İrandan gələnlərin sayı 58%, Qazaxıstandan gələnlərin sayı 15,8% artıb".


APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov "ASAN Viza" portalının təqdimat mərasimində deyib. Nazir müavini bildirib ki, Azərbaycana səfər edənlərin təqribən 70%-i ölkəmizlə vizasız sistemin tətbiq edildiyi xarici ölkələrdən gələn əcnəbidir.

N. Səmədov qeyd edib ki, elektron vizanın tətbiqindən sonra Azərbaycana Avropa ölkələrindən gələnlərin sayında artım baş verib: "Hazırda əsas məqsədimiz nəinki beynəlxalq statuslu hava limanlarında, ümumilikdə bütün dövlət sərhəd-keçid məntəqələrində vizanın verilməsi imkanlarının yaradılmasıdır".

AzNews.az