Sabaha olan hava proqnozu açıqlanıb. Sabaha olan hava proqnozu açıqlanıb.

Yağış, sulu qar, qar yağacaq - Xəbərdarlıq

Sabaha olan hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər zəif duman, çiskin olacaq.

Lakin axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, 17-si axşama doğru, 18-də gecə və səhər bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında gündüz güclü xəzri küləyi fonunda rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Dekabrın 18-19-da meteoroloji amillərin mülayim və zəif tərəddüdü müsbət amildir.