Qərb Universitetinin tələbələri “Knauf Resurs Mərkəzi”ndə

Qərb Universitetinin Dizayn fakültəsi tələbələri Resurs Mərkəzində təlim keçd.


Azərbaycanın ilk özəl universitetlərindən biri Qərb Universitetinin Dizayn fakültəsinin tələbələri "Knauf Resurs Mərkəzi"ndə oldular. Universitetdən AzNews.az-a verilən xəbərə görə, kursun mövzusu ilə əlaqədar tələbələr "Quru inşaat materialları" haqqında ətraflı məlumat aldıqdan sonra, xüsusi laboratoriyada həmin materialların interyer dizaynda istifadəsi ilə bağlı təlim keçiblər.

Sonda tələbələrin təlimlə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.