Bakının Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbin 3-cü sinif şagirdi Abbasov Amin Əbil oğlu itkin düşüb. Bakının Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbin 3-cü sinif şagirdi Abbasov Amin Əbil oğlu itkin düşüb.

3-cü sinif şagirdi məktəbdən gələndən sonra itkin düşdü – Bakıda

Bakının Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbin 3-cü sinif şagirdi Abbasov Amin Əbil oğlu itkin düşüb.


Bu barədə AzNews.az-a həmin şagirdin anası Arzu Abbasova məlumat verib.

Onun sözlərinə görə həyat yoldaşı və özü işdə olarkən dünən saat 14.00 radələrində uşaq məktəbdən gələrək oynamaq üçün velosipedlə həyətə düşüb: "Biz işdən qayıdanda gördük ki, velosiped həyətdədir, lakin uşaq yoxdur".

Valideynin sözlərinə görə, ailənin 4 övladı var: "Amin çox zəkalı, savadlı uşaqdır. Heç bir fiziki və əqli qüsuru da yoxdur. Dünəndən bugünkü günə kimi uşaqdan heç bir xəbər olmayıb".

Bahar RÜSTƏMLİ
AzNews.az