"Gələn il IX sinfin buraxılış imtahanında üçüncü fənn kimi xarici dil əlavə oluna bilər". "Gələn il IX sinfin buraxılış imtahanında üçüncü fənn kimi xarici dil əlavə oluna bilər".

IX sinfin buraxılış imtahanında fənlərin sayı artırıla bilər

"Gələn il IX sinfin buraxılış imtahanında üçüncü fənn kimi xarici dil əlavə oluna bilər".


"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda XI sinif üzrə buraxılış imtahanında şagirdlər onsuz da xarici dildən imtahan verirlər: "2016-2017-ci tədris ilində IX sinif üzrə buraxılış imtahanında şagirdlər yalnız Azərbaycan dili və riyaziyyat fənnindən imtahan verəcəklər. Lakin 2017-2018-ci tədris ilindən IX sinfin buraxılış imtahanında xarici dil fənni olsun. Bununla bağlı bu il monitorinq imtahanları keçirərək nəticələri ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edəcəyik. Müzakirə əsasında da qərar qəbul ediləcək".

M.Abbaszadə qeyd edib ki, IX siniflər üzrə buraxılış imtahanının I mərhələsi fevralın sonu martın əvvəlində dörd istiqamət üzrə aparılacaq: "İlk imtahan Bakıda keçiriləcək.

Bundan sonra imtahanlar ölkənin 3 əlavə regionunda olacaq. Ümumilikdə IX siniflər üzrə buraxılış imtahanının martın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Buraxılış imtahanının II mərhələsi isə orta məktəblər dərslər başa çatdıqdan sonra iyun ayında olacaq. XI siniflər üzrə buraxılış imtahanında isə bu il heç bir dəyişiklik olmayacaq. XI sinif məzunları üçün buraxılış imtahanları yalnız iyun ayında keçiriləcək".

"Azərbaycanda kurikulumla təhsil alan şagirdlər XI sinfə çatdıqda, yəni iki ildən sonra vahid imtahanların tədbiq olunmasının mümkünlüyünə gəlincə deyə bilərəm ki, ilk olaraq builki imtahanların nəticələri müzakirə olunmalıdır. Nəticələrdən asılı olaraq konkret fikir bildirmək olar", - deyə Direktorlar Şurasının sədri əlavə edib.

AzNews.az