Gənclər və peşəkarlar Azercell-də işləməyi daha çox arzulayırlar. Gənclər və peşəkarlar Azercell-də işləməyi daha çox arzulayırlar.

Azercell ən yaxşı 3 işəgötürən şirkətdən biridir

Gənclər və peşəkarlar Azercell-də işləməyi daha çox arzulayırlar.


AzNews.az xəbər verir ki, Azərbaycanda ən çox arzulanan iş yerlərinin adı bəlli olub. Ən yaxşı maaş və yüksək iş şəraiti, işçilərlə davranış, əməkdaşların inkişaf perspektivləri və digər meyarlara görə sıralanan şirkətlər arasında ilk üçlükdə Azercell Telekom-un adı yer alıb.

ACT beynəlxalq araşdırma və məsləhətçi şirkətinin bu ilin avqust-sentyabr aylarında MDB ölkələri və Şərqi Avropa ölkələrinin bazarlarını əhatə edən tədqiqat reallaşdırıb. Araşdırmanın nəticələrinə əsasən, Azercell bazarda 3 ən yaxşı işəgötürən şirkətdən biri elan olunub.

Araşdırmanın məqsədi Azercell şirkətinin onun əməkdaşları və digər sahələrin nümayəndələri arasında işəgötürən kimi mövqeyini araşdırmaq, həmçinin Azərbaycanda ən yaxşı işəgötürənləri üzə çıxarmaq və mobil operatorların imicini öyrənməkdən ibarət olub. Tədqiqat zamanı Azercell-in əməkdaşları ilə yanaşı, digər peşəkar mütəxəssislər, tələbələr, yerli və xarici məzunlar, media nümayəndələri ilə üzbəüz müsahibələr aparılıb.

Araşdırmanın nəticələrinə əsasən, Azercell ölkənin bütün sahələrində ən yaxşı 3 işəgötürən şirkətlər sırasındadır. Mobil operatorlar arasında isə Azercell ən yaxşı işəgötürən elan edilib.

Eyni zamanda, Ernst & Young Azerbaijan şirkəti də tələbələr və müxtəlif sahələrdə çalışan peşəkar kadrlar arasında "Ən yaxşı işəgötürən 2015" tədqiqatını aparıb. 2016-cı ilin may-iyun aylarında aparılan araşdırmanın əsas məqsədi Azərbaycanın əmək bazarında əsas trendlərin müəyyənləşdirilməsindən ibarət olub. Sorğu iştirakçılarına işlə bağlı seçimlərinə təsir edən amillər, işəgötürən barədə məlumatları əldə etdikləri mənbələr, işə cəlb etmə prosesindəki nöqsanlar və digər məsələlər barədə suallar verilib.

Tələbə və peşəkar heyətin seçiminə əsasən, Azercell ölkədə ən yaxşı 10 işəgötürən şirkətdən biri elan edilib. Bundan əlavə, Azercell həm də bu siyahıda yer alan yeganə mobil operator olub.

Bildiyimiz kimi, hər bir işçi üçün təhlükəsiz və sağlam mühit rahat iş yerinin təmin olunması əsas faktorlardandır. Qürurla bildiririk ki, Azercell artıq Əməyin mühafizəsi və təhlükəsizlik üzrə OHSAS 18001 beynəlxalq standartına və Ətraf Mühitin İdarə olunması Sistemi üzrə ISO 14001 sertifikatına layiq görülüb.

Bununla yanaşı, şirkət, həmçinin, yeni Keyfiyyətin İdarə Olunması üzrə ISO 9001:2015 sertifikatını təkrar əldə edib.

Hazırda Azercell-in bütün iş yerlərini Ətraf mühit və təhlükəsizik, İlkin Tibbi Yardım, yanğından mühafizə təlimləri, həmçinin sağlamlıqla əlaqəli tədbirlər (vaksinasiya, qan testi və s.) əhatə edir. Ümumiyyətlə, Azercell işəgötürən şirkət kimi hər bir şəxs üçün perspektivli peşəkar inkişaf proqramı, cəlbedici əmək haqqı və sosial paket təqdim edir. Məhz bu səbəblərdən, daim etibarlı korporativ mədəniyyətə malik olan Azercell artıq ölkə ictimaiyyətində işəgötürən kimi öz brendinə dərin inam yarada bilib.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib:

GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza" və s.

2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal" və "Testmy.net" kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.