Bakının Zığ ərazisindəki məşhur və hər yay mövsümündə antisanitariya şəraiti ilə gündəmə gələn “Duzlu göl”ün yaxınlığında müalicə mərkəzi yaradıla bilər. Bakının Zığ ərazisindəki məşhur və hər yay mövsümündə antisanitariya şəraiti ilə gündəmə gələn “Duzlu göl”ün yaxınlığında müalicə mərkəzi yaradıla bilər.

“Duzlu göl” müalicə mərkəzinə çevrilə bilər

Bakının Zığ ərazisindəki məşhur və hər yay mövsümündə antisanitariya şəraiti ilə gündəmə gələn “Duzlu göl”ün yaxınlığında müalicə mərkəzi yaradıla bilər.


"Report"un məlumatına görə, bu, Bakı Dövlət Layihə İnstitutunun Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma planında (Baş plan) təklif edilir.

Layihədə Zığ gölü ətrafında geniş rekreasiya və əyləncə əraziləri, habelə Hövsan qəsəbəsinin sahilyanı ərazilərində yüksək keyfiyyətli ticarət və yaşayış ərazilərinin salınması ideyası irəli sürülüb.

Bundan başqa, layihədə Lökbatan qəsəbəsində beynəlxalq avtovağzalın inşası, təklif edilən avtovağzala qədər yeni metro xəttinin çəkilməsi, o cümlədən yüngül sənaye sektoru üzrə ixtisaslaşmış kiçik və orta ölçülü səyane müəssisələri, fəaliyyəti yerli əmək bazarı tələbləri ilə uyğunlaşan peşə məktəbləri, logistika və təchizat ərazilərinin də salınması təklif edilir.

AzNews.az