Mehriban Əliyeva aztəminatlı ailələri sevindirdi - Fotolar

Heydər Əliyev Fondu tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylanılır.


AzNews.az xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir. Heydər Əliyev Fondunun müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 23-dən etibarən respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə çatdırılmağa başlanılıb.

Layihə çərçivəsində 165 mindən çox aztəminatlı ailəyə Heydər Əliyev Fondunun bayram sovqatları paylanılacaq.