- Köhnə - Cəmiyyət
- 27 Dekabr 2016 16:54
- 6 157
Bayramla əlaqədar Bulvarda pulsuz olacaq - Attraksionlar
Dekabrın 30-da Dənizkənarı Milli Parkda Yeni il bayramı ilə əlaqədar aksiya keçirəcək.
Bunu AzNews.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib. Qurum rəsmisi qeyd edib ki, Bulvar İdarəsi həmin günü 15 yaşına kimi olan uşaqlar bütün attraksionları pulsuz edəcək:
"Aksiya dekabrın 30-da səhər saat 10:00-dan başlayıb 14:00-a kimi davam edəcək. Uşaqlar pulsuz olaraq attraksionlar, karusellər, qatarlara minib,gəmi ilə dəniz gəzintisinə çıxacaqlar. Saat 14:00-dan sonra bu attraksionlar pullu olacaq."
Bahar RÜSTƏMLİ
AzNews.az