Füzuli RİHB Alı Alıyev Həmrəyliyi Günü və Yeni il münasibətilə füzulili məcburi köçkünlərlə görüşüb. Füzuli RİHB Alı Alıyev Həmrəyliyi Günü və Yeni il münasibətilə füzulili məcburi köçkünlərlə görüşüb.

İcra başçısı füzulili məcburi köçkünlərlə görüşdü - Fotolar

Füzuli RİHB Alı Alıyev Həmrəyliyi Günü və Yeni il münasibətilə füzulili məcburi köçkünlərlə görüşüb.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadiz şəhərində, o cümlədən Bakı və Sumqayıtda məskunlaşmış rayondan olan məcburi köçkünlərlə görüş keçirmişdir. Görüşlərdə ərazidə və Bakı, Sumqayıt şəhərlərində məskunlaşmış füzulili məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, imtiyazlı ailələr və ziyalılar iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirlərdə çıxış edərək 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb.

Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışan Alı Alıyev Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd edib.

Alı Alıyev bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunan torpaqlarımızın azad olunmasıdır: “Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.

Bayram tədbirlərində çıxış edənlər respublikada və Füzuli rayonunda şəhid ailələrinə Qarabağ müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və xanımına minnətdarlıqlarını bildiriblər.

Horadiz şəhərində Telnar şadlıq sarayında bayram süfrəsi açılıb, rayonun mədəniyyət və incəsənət ustalarının ifasında rənga-rəng konsert proqramı olub.

image description image description image description image description image description image description