"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

ABB-nin İdarə Heyətinə sədr seçildi

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

ABB-dən "APA-Economics"ə verilən məlumata görə, yığıncaqda bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib.

X. Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edib.

Bununla yanaşı, Aqşin Əmirov İdarə Heyətinə sədr müavini vəzifəsinə təyin olunub. A. Əmirov bundan öncə "Bank Respublika" ASC-də analoji vəzifəni tutub.

AzNews.az