Tovuzda iki nəfər dəm qazından zəhərlənib. Tovuzda iki nəfər dəm qazından zəhərlənib.

İki nəfər dəm qazından zəhərləndi

Tovuzda iki nəfər dəm qazından zəhərlənib.

APA-nın məlumata görə, onların hər ikisi rayonun Əyyublu kəndinin sakinləridir.

1998-ci il təvəllüdlü Sarıyeva Günel Arzu qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. O, Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Analoji hadisə 1996-cı il təvəllüdlü Musayeva Xəyalə Arzuman qızının yaşadığı evdə də baş verib. X. Musayeva da xəstəxanaya yerləşdirilib.

Hər ikisinin vəziyyətinin normal olduğu bildirilir.

AzNews.az