İspaniyanın Madrid şəhərində 18-22 yanvar tarixlərində ənənəvi “Fitur-2017” Beynəlxalq Turizm sərgisi keçirilir. İspaniyanın Madrid şəhərində 18-22 yanvar tarixlərində ənənəvi “Fitur-2017” Beynəlxalq Turizm sərgisi keçirilir.

Ermənistan Turizm sərgisində “Dağlıq Qarabağ” stendi qurdu - Əbülfəz Qarayevin gözü qarşısında

İspaniyanın Madrid şəhərində 18-22 yanvar tarixlərində ənənəvi “Fitur-2017” Beynəlxalq Turizm sərgisi keçirilir.

AzNews.az xəbər verir ki, Ermənistan bu dəfə də həmin sərgidə təxribata əl atıb. Erməni mətbuatının yaydığı xəbərə görə, sərgidə "Dağlıq Qarabağ" ın təbliği məqsədilə stend qurulub. Hətta sərgidə Qondarma Dağlıq Qarabağ Respublikasını “Qarabağ Turizm İnkişaf Agentliyi” şirkəti də təmsil edilir.

Aidiyyatı qurumların nəzərinə çatdıraq ki, söhbət sərgidəki 4-cü pavilyonun 4C21 nömrəli stendindən gedir.

Qeyd edək ki, sərgidə iştirak etmək məqsədilə Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev də İspaniyanın paytaxtındadır.

Hər il İspaniyada keçirilən “Fitur 2017” Beynəlxalq Turizm Sərgisini bu dəfə dünyanın yüzdən çox ölkəsindən 225 min insan ziyarət edib. 36-cı Beynəxalq Turizm Sərgisində 165 ölkəni təmsil edən 9500 şirkət iştirak edir.