Lerik rayonunda baş verən quldurluq hadisəsinin təfərrüatı məlum olub. Lerik rayonunda baş verən quldurluq hadisəsinin təfərrüatı məlum olub.

Sürücüyə hücum olundu - Onun paltarları soyundurulub + Yenilənib

Lerik rayonunda baş verən quldurluq hadisəsinin təfərrüatı məlum olub.

AzNews.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Şahin Ağayevin "Report"a verdiyi məlumata görə, quldurluq edən şəxslər sürücünü öldürmək istəyiblər: "Hadisə yanvarın 24-də 20.35 radələrində Lənkəran-Lerik yolunun 35-ci kilometrliyində baş verib. Lənkəran şəhər sakini 1969-cu il təvəllüdlü Əzimov Bahadır Cavad oğlu 102 qaynar xətt xidmətinə ona qarşı quldurluq hadisəsi törədildiyi barədə məlumat verib. O, istintaqa verdiyi izahatında bildirib ki, Lənkəran avtovağzalından sərnişin qismində dörd nəfər tanımadığı şəxsi Lerik rayonundakı istirahət mərkəzinə gətirməyə razılaşıb. İstirahət mərkəzinin yaxınlığında avtomaşını saxlatdıran arxa oturacaqda oturan sərnişinlərdən biri sürücünü bıçaqla hədələyərək avtomobildən düşməsini tələb edib. Aralarında mübahisə yaranıb, bu zaman sərnişinlərdən biri sürücünün baş nahiyəsinə küt alətlə zərbə vurub. Sonra sürücüyə qarşı zor tətbiq edilərək ona çoxsaylı bədən xəsarətləri yetiriblər. O, quldurların əlindən canını qurtarıb qaçmağa cəhd edib. 150 metrə yaxın qaça bilib. Lakin, həmin şəxslər yenidən onu tutaraq öldürmək istəyiblər. Çoxlu bədən xəsarətləri almasına baxmayaraq sürücü Bahadır Əzimov idarə etdiyi "Priora" markalı 90-KF-372 dövlət qeydiyyat nömrə nişanlı avtomaşınına oturaraq ərazidən uzaqlaşıb".

Rəis müavini bildirib ki, 102 xidmətinə məlumat daxil olduqdan dərhal sonra Lerik rayon Polis Şöbəsində əməliyyat-istintaq qrupu yaradılıb: "Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Astara rayon Siyəkü kənd sakinləri 1996-cı il təvəllüdlü Əlizadə Şamo Sahib oğlu, 1995-ci il təvəllüdlü Şabanov Ramin Ramiz oğlu, 1995-ci il təvəllüdlü Rzayev Elvin Şadoğlan oğlu saxlanılıblar.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 182.2.1-ci (hədə qorxu ilə tələbə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

***

12:47

Lerik rayonunda quldurluq hadisəsi baş verib.

"Report"un verdiyi xəbərə görə, hadisə rayon ərazisindəki "Relax" istirahət mərkəzinin yaxınlığında baş verib.

Belə ki, yanvarın 24-də 4 nəfər naməlum şəxs Lənkəran-Lerik magistralında hərəkət edən Lənkəran şəhər sakini Bahadur Əzimova məxsus "VAZ-2170" markalı avtomobili saxlatdıraraq sürücüdən onları həmin istirahət mərkəzinə aparmalarını xahiş ediblər. Ancaq onlar mərkəzə çatmağa az qalmış sürücünü ölümlə hədələyərək avtomobili saxlamağı tələb ediblər və daha sonra onun paltarlarını soyundurmağa başlayıblar. Naməlum şəxslər sürücünü qətlə yetirməyə nail ola bilməyiblər. Çünki sürücü cəld tərpənərək həmin şəxslərdən birinə xəsarət yetirib və meşə ərazisinə qaçmağa müvəffəq olub. Əslində naməlum şəxslərin məqsədlərinin avtomobili quldurluq yolu ilə almağa cəhd göstərdikləri məlum olub.

Bundan sonra hadisə barəsində Daxili İşlər Nazirliyinin (DİN) "102 xidməti"nə məlumat verilib. Həmin şəxslər Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyətləri müəyyənləşdirilərək saxlanılıblar. Bunlar Astara rayon sakinləri Şamo Əlizadə, Ramil Şabanov, Rəhim Hacıyev və Elvin Rzayevdir.

Lerik Rayon Polis Şöbəsindən də "Report"a faktı təsdiqləyiblər.

AzNews.az