"Azərbaycanın bütün avtombil yolları nəqliyyatın hərəkəti üçün açıqdır". "Azərbaycanın bütün avtombil yolları nəqliyyatın hərəkəti üçün açıqdır".

Sürücülərin nəzərinə - Bu yollarda buzlaşma var

"Azərbaycanın bütün avtombil yolları nəqliyyatın hərəkəti üçün açıqdır".

Bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, hazırda Bakı-Şamaxı-Yevlax, Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Zaqatala-Balakən, Quba-Qusar yollarına və Ağsu aşırımına qar yağır: "Həmin yollarda buzlaşma müşahidə edilsə də, nəqliyyatın hərəkətində məhdudiyyət yaranmayıb. Yollar nəqliyyatın hərəkəti üçün açıqdır. Lakin bununla belə, qarlı və buzlu yollardan istifadə edən sürücülərdən ehtiyatlı olmaları xahiş olunur. Texniki cəhətdən nasaz olan və qış mövsümünə uyğun şinləri olmayan avtomobil sahibləri yola çıxmasınlar”.

K. Əliyev əlavə edib ki, ötən gün ölkənin avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Ölümlə nəticələnən yol qəzalarından ikisi hava şəraiti ilə bağlı olub.