İndiyə qədər 300-dən çox məcburi köçkün aylıq müavinətdən könüllü olaraq imtina edib. İndiyə qədər 300-dən çox məcburi köçkün aylıq müavinətdən könüllü olaraq imtina edib.

Məcburi köçkünlər aylıq müavinətdən imtina etdi

İndiyə qədər 300-dən çox məcburi köçkün aylıq müavinətdən könüllü olaraq imtina edib.

Bu barədə AzNews.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, komitəyə müraciət edən bəzi məcburi köçkünlər öz ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək, vahid aylıq müavinətdən könüllü olaraq imtina etdiklərini bildirir və bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini, həmçinin aylıq müavinətin məbləğinin gələcəkdə artırılmasına yönəldilməsini təklif edirlər.

Dövlətqaçqınkoma əraziləri işğal olunan 10 rayondan bu günədək 300-dən çox belə müraciət daxil olub.

image description image description image description