Fevralın 6-da Bakının, eləcə də Gəncə və Sumqayıt şəhərlərinin bir hissəsində təbii qazın təchizatında məhdudiyyətlər olacaq. Fevralın 6-da Bakının, eləcə də Gəncə və Sumqayıt şəhərlərinin bir hissəsində təbii qazın təchizatında məhdudiyyətlər olacaq.

Bu ərazilərdə qaz olmayacaq

Fevralın 6-da Bakının, eləcə də Gəncə və Sumqayıt şəhərlərinin bir hissəsində təbii qazın təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə AzNews.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Belə ki, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində və üzərində quraşdırılmış avadanlıqlarda aparılacaq təmir işləri, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğv edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar, fevralın 6-da saat 09:00 dan 18:00-dək Sabunçu rayonunun Bakıxanov, Maştağa və Sabunçu qəsəbələrində, Xəzər rayonunun BinəQala qəsəbələrində, eləcə də Gəncə və Sumqayıt şəhərlərinin bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.