Buzlu yol can aldı

Şəkidə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

ARB Şəki xəbər verir ki, hadisə Şəki -Oğuz yolunun Şəkinin Küngüt kəndi ərazisindən keçən hissəsində qeyd alınıb. Beləki Oğuz rayon sakini Qarayev Şövkət Bəhərçin oğlunun idarə etdiyi Mersedes markalı avtomobillə, elə həmin rayon sakini Rüstəmov Bəhlulun idarə etdiyi qazel markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində mersedesin sürücüsu Şövkət Qarayev həlak olub.Yük avtomobilinin sürücüsu isə xəsarət alıb və dərhal Şəki MRX-na çatdırılıb.

Qəzanın baş verməsinə ilkin ehtimal yolun buzlu olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az