5 aya yaxındır ki, krediti ödəmir. Gecikdirdiyi hər günə görə də, əlavə faiz hesablanır. Bu səbədən də bankdan tələb edir ki, "məni məhkməyə ver". Lakin bank məhkəmədə iddia qaldırmaqdan imtina edir. 5 aya yaxındır ki, krediti ödəmir. Gecikdirdiyi hər günə görə də, əlavə faiz hesablanır. Bu səbədən də bankdan tələb edir ki, "məni məhkməyə ver". Lakin bank məhkəmədə iddia qaldırmaqdan imtina edir.

5 aydır ki, kreditini ödəmir - Bu şəxsin aqibəti - Video

5 aya yaxındır ki, krediti ödəmir. Gecikdirdiyi hər günə görə də, əlavə faiz hesablanır. Bu səbədən də bankdan tələb edir ki, "məni məhkməyə ver". Lakin bank məhkəmədə iddia qaldırmaqdan imtina edir.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, Şabran sakini Elvin Ağayev 2014-cü ildə bankdan 3 il müddətinə 10 min manat kredit götürüb. Ödənişləri 2 il vaxtında həyata keçirsə də, 5 ay əvvəl işini itirdiyi üçün krediti ödəyə bilmir. Bankdan məhkəməyə verilməsini tələb etsə də, heç bir iddia qaldırılmır.

Hüquqşünas Anar Ramazanovun sözlərinə görə, bank müştərini 3 il ərzində məhkəməyə verə bilər. Bu 3 il isə kreditin gecikdirildiyi gündən yox, müqavilədə göstərilmiş son ödəniş tarixindən etibarən hesablanır. Neçə aydan sonra iddia qaldıracağı da bankın istəyindən asılıdır. Hüququşünas çıxış yolu kimi yenidən banka müraciət etməyi və güzəştlər almağı məsləhət görür.

Anar Ramazanov deyir ki, hazırki vəziyyətdə vətəndaş məhkəmədə iddia qaldırsa da,bunun təmin olunması gözlənilmir. Lakin, onun banka rəsmi şəkildə müraciət etməsini məsləhət görür. Bu yolla o, gələcəkdə yarana biləcək məhkəmə proseslərində istədiyi nəticəyə nail ola bilər.

Çünki bu cür hallarda vətəndaşın düşdüyü vəziyyət barədə bankı vaxtında xəbərdar etməsi də önəmli rol oynayır.