Onların hara aparılması haqda rayon polisi məlumatsızdır Onların hara aparılması haqda rayon polisi məlumatsızdır

İsmayıllıya gedən fəallar sərbəst buraxıldı - YENİLƏNİB

Onların hara aparılması haqda rayon polisi məlumatsızdır

İsmayıllıda saxlanılan jurnalist və hüquqmüdafiəçiləri sərbəst buraxılıb. Bu barədə AzNews.az-a saxlanılan heyətdə olan Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov məlumat verib.

Y.Sadıqov bildirib, onlar rayon polis şöbəsinin rəis müavini Şöhrət Kərimov tərəfindən dindirilib: "İsmayıllıya daxil olan kimi polis tərəfindən saxlanıldıq. Sorğu-sual edildi, bura gəlməyimizin səbəbləri öyrənildi. Biz də bölgədə vəziyyətlə bağlı tanış olacağımızı bildirdik. Daha sonra bizi rayon polis şöbəsinin rəisi Nizami Qocayev bizi qəbul etdi. O dedi ki, həbs edilənlərlə humanist davranılır. Narahatlığa heç bir əsas yoxdur. Sonra bizə dedi ki, xahiş olunur, rayonu tərk edin, məsələni gərginləşdirməyin. Biz də insanlarla təmasda olmağa çalışırıq"

*****

Yanvarın 29-da İsmayıllıda monitorinq keçirmək istəyən ictimai fəallar – Zaur Əkbər, Bəşir Süleymanlı, Rəsul Cəfərov, Yadigar Sadıqovu polis saxlayıb. Moderator.az-ın məlumatına görə, onların hara aparılması haqqında məlumat verilməyib.

İsmayıllı rayon polis şöbəsindən bildirilib ki, saxlananlarla bağlı onlarda məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 29-da bir qrup ictimaiyyət nümayəndəsi İsmayıllıya gedib. Onlar yanvarın 24-də baş verən hadisələr zamanı saxlananlara qarşı zorakılıq faktlarını araşdırmaq istəyirdilər.