İstirahət günü qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında arabir bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.