“Sabir Rüstəmxanlılın dediyi fikirlər məni maraqlandırmır." “Sabir Rüstəmxanlılın dediyi fikirlər məni maraqlandırmır."

“Sabir Rüstəmxanlı adında şəxs tanımıram”- Araz Əlizadə

“Sabir Rüstəmxanlılın dediyi fikirlər məni maraqlandırmır."

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Araz Əlizadə sabiq həmkarı Sabir Rüstəmxanılın onu türk dünyasının düşməni adlandırmasına münasibətində deyib. Araz Əlizadə türk deyil, azərbaycanlı olduğunu vurğulayıb: “Sabir Rüstəmxanlılın dediyi fikirlər məni maraqlandırmır. O, məni türk dünyasının düşməni adlandırıb. Özü bilər, bəlkə o, türk dünyasının dostudur. Nə üçün? Çünki Dünya Azərbaycanlıları Konqresinə rəhbərlik edir. Bəlkə indi də türklərin konqresinə rəhbərlik etmək istəyir?”

Sabiq millət vəkili, Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Milli Məclisin deputatı Siyavuş Novruzovun xəstəliyi ilə bağlı sosial şəbəkədə yayılan məlumata aydınlıq gətirib. O, “Nifrət hədəfi Siyavuş Novruzov kimi mövqeyini bəyənmədiyimiz, lakin öz mövqeyində sabitqədəm, milli təfəkkürü yerində olan adamlar yox, Araz Əlizadə kimi bütün mahiyyəti xəyanətdən ibarət olan türk düşmənləri olmalıdır”-deyə Araz Əlizadəni türk dünyasının düşməni elan edib.

AzNews.az