Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib.

AzNews.az xəbər verir ki, sərəncama əsasən Tədbirlər Planının icrasının təşkilinin əlaqələndirilməsi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirinin xidmətinə həvalə olunub.

Tədbirlər Planında islamdaxili həmrəylik, İslam və digər konfessiyalar arasında həmrəylik istiqamətləri üzrə ölkə daxilində və xaricdə keçirilməsi nəzərdə tutulan tədbirlər öz əksini tapıb.