Şəkidə avtomobil yandı

Qayabaşı kəndində yanğın baş verib

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Şəki rayonu, Qayabaşı kəndində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.