ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin yayımının dayandırılmasına aydınlıq gətirilib. ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin yayımının dayandırılmasına aydınlıq gətirilib.

"Yoxlama" niyə yayımlanmır?

ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin yayımının dayandırılmasına aydınlıq gətirilib.

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, ATV telekanalının İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Turan İbrahimovun verdiyi məlumata görə, verilişin yayımı dayandırılmayıb və növbəti həftədən etibarən ATV-nin efirində olacaq.

"Hazırda verilişdə bir sıra dəyişikliklər aparılır. "Yoxlama" verilişi ictimai maraqları daha da yaxşı təmin etmək üçün təkmilləşdirilir. Gələcəkdə verilişin təkrarı belə yayımlanacaq".

Qeyd edək ki, ATV telekanalının qalmaqallı verilişi olan "Yoxlama" iaşə obyektlərində yoxlamalar aparır. Bu da bir sıra obyektlərin rəhbərliklərinin etirazları ilə qarşılanır.