Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 18 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib. Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 18 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib.

Cocuq Mərcanlıdan Qrad raketi tapılıb - Fotolar

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 18 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, baxış zamanı 1 013 ədəd qəlpə, 1 ədəd partlamış ″Qrad″ raketinin mühərrik hissəsi aşkar edilib mina və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 85 700 kv.m ərazi (29 450 kv.m əl ilə, 10 700 kv.m mexaniki üsulla, 35 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 10 550 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

19 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 47 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) aşkar olunaraq zərərsizləşdirilib, 327 059 kv.m ərazi (107 709 kv.m ərazi əl ilə, 95 800 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 10 550 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 22 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 50 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 522 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 356 053 kv.m ərazi (136 703 kv.m ərazi əl ilə, 95 800 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 10 550 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

image description image description image description image description image description image description