Lerik rayonunda qar uçqunu nəticəsində ölən ailə üzvlərinin adları məlum olub. Lerik rayonunda qar uçqunu nəticəsində ölən ailə üzvlərinin adları məlum olub.

Lerikdəki qar uçqununda ölənlərin adları açıqlandı

Lerik rayonunda qar uçqunu nəticəsində ölən ailə üzvlərinin adları məlum olub.

APA-nın cənub bürosunun xəbərinə görə, Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar yığınının düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb.

Hadisə baş verən anda evdə 6 nəfərin olduğu, onlardan iksinin xilas edildiyi bildirilir.

AzNews.az