Xəbər verdiyimiz kimi, bacıları xalq artisti İlhamə Quliyevanın ölüm ildönümü münasibəti ilə yas mərasimi verib. Xəbər verdiyimiz kimi, bacıları xalq artisti İlhamə Quliyevanın ölüm ildönümü münasibəti ilə yas mərasimi verib.

Bacısı İlhamə haqqında kitab yazır

Xəbər verdiyimiz kimi, bacıları xalq artisti İlhamə Quliyevanın ölüm ildönümü münasibəti ilə yas mərasimi verib.

AzNews.az-ın, Axşam.az-a istinadən məlumatına görə, mərhumun bacısı Gülbahar Quliyeva onunla bağlı xatirələrini bölüşüb.

G.Quliyeva bildirib ki, bacısı haqda kitab yazır:

"Bu hal tək bizim yox, sevənləri üçün çox ağır haldır. Bacım əvəzolunmaz sənətkar, insan idi. O, millətini, xalqını sevirdi. Hamımıza arxa-dayaq olurdu. Həm ailəsinə, həm də dostlarına dəstək idi. Heç vaxt xoşbəxt olmadı. Nə qədər ömrüm var bacım üçün nələrsə etməyə çalışacam. Onunla bağlı kitab yazıram, materiallar toplayıram. Avqustun 17-də onun ad günündə təqdimat edəcəyik. Çox işlər görəcəm. Əvəzolunmaz bacı və insan idi. O gedəndən efir boşalıb. Əfsuslar olsun ki, o dünyasını dəyişdi".