Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib. Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Üzərindən və evindən külli miqdarda narkotik çıxdı - “Çəkəniyəm”

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

"Bir az verdi qoydum cibimə"

ARB TV xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşları Bakı sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Hacıyevi şübhəli şəxs qismində Biləcəri qəsəbəsində saxlayıblar.

Onun üzərinə baxış keçirilən zaman 45,610 qram tiryək və 4,47 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin Biləcəri qəsəbəsindəki kirayə yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 110 kiloqramdan artıq marixuana və 4 kiloqram 610 qram tiryək aşkar edilərək götürülüb.

Məhəmməd Hacıyev - Saxlanılan şəxs: "Biraz narkotik, biraz da tiryək verdi qoydum cibimə. Çəkəniyəm. Evin içindən 10 kiloqrama qədər narkotik, 4 kiloya qədər də tiryək çıxdı".

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləridavam etdirilir.

AzNews.az