Bu gün səhər saatlarında Bakı Metropoliteninin «Azadlıq prospekti» stansiyasında qatarların gecikməsi müşahidə edilib. Bu gün səhər saatlarında Bakı Metropoliteninin «Azadlıq prospekti» stansiyasında qatarların gecikməsi müşahidə edilib.

Bakı Metropolitenində problem yaranıb

Bu gün səhər saatlarında Bakı Metropoliteninin «Azadlıq prospekti» stansiyasında qatarların gecikməsi müşahidə edilib.




Qatarların gecikməsi nəticəsində stansiyanın platformasında sərnişinlərin sıxlığı yaranıb.

APA-nın məlumatına görə, qatarlarda gecikmənin olduğunu təsdiqləyiblər. Metropolitenin baş mühəndisi Etibar İsayev qeyd edib ki, gecikməyə səbəb qatarların birində yaranmış nasazlıq olub: "Qatarda nasazlıq olub və aşağı sürətlə hərəkət etdiyinə görə 8 dəqiqə gecikib. Artıq nasazlıq aradan qaldırılıb, amma qatarlar müəyyən gecikmə ilə hərəkət edirlər, tədricən bu da aradan qaldırılacaq".

AzNews.az