Ötən gün Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov qızına toy edib. Ötən gün Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov qızına toy edib.

Cahangir Əsgərovun qızı ingilislə evləndi - Fotolar

Ötən gün Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov qızına toy edib.

“Qafqazinfo” xəbər verir ki, AZAL prezidentinin bu qızı da əcnəbi ilə ailə qurub. Mila Əsgərovanın həyat yoldaşı ingilis əsilli Robert Nortondur.

Toy mərasimi Bakıda baş tutub.

Qeyd edək ki, Mila Əsgərova Londonda tanınmış incəsənət mütəxəssislərindən biridir, “Gazelli Art House” incəsənət qalereyasının təsisçisi və rəhbəridir. Həyat yoldaşı Robert Norton isə Sedition art və Saatchi Online şirkətlərinin keçmiş həmtəsisçisi və icraçı direktoru olub. O, həmçinin bir vaxtlar Reuters agentliyində müxbir olaraq da çalışıb.

Onu da əlavə edək ki, Əsgərovun digər qızı Cəmilə Əsgərova Gazelli Azerbaijan kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. Onun ispan əsilli həyat yoldaşı Ignazio Coraci isə Azərbaycan Hava Yolları UK Limited şirkətinin katibidir.

AzNews.az