IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakıda "Oyunlar zolağı”nın çəkildiyi küçələrdə avtomobillərin hərəkəti ilə bağlı qoyulan qadağa bu günlərdə qüvvəyə minəcək. IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakıda "Oyunlar zolağı”nın çəkildiyi küçələrdə avtomobillərin hərəkəti ilə bağlı qoyulan qadağa bu günlərdə qüvvəyə minəcək.

Bu gündən hansı yollar bağlı olacaq?- Rəsmi açıqlama

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakıda "Oyunlar zolağı”nın çəkildiyi küçələrdə avtomobillərin hərəkəti ilə bağlı qoyulan qadağa bu günlərdə qüvvəyə minəcək.

Bunu AzNews.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, qadağa mayın 5-dən 25-dək qüvvədə olacaq:

Sarı xətlə çəkilmiş hərəkət zolaqlarına daxil olmuş avtomobil sürücüləri müvafiq qaydada məsuliyyətə cəlb olunacaq. Bu zolaqlar boyunca avtomobillərin hərəkəti qadağandır. Zolaqlara yalnız oyunlar üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq.

Vaqif Əsədov "Oyunlar zolağı”nı əhatə edən küçələrin də adlarını açıqlayıb:

Neftçilər prospekti, Dövlət Bayraq Meydanından başlayaraq Bakı İdman Sarayına qədər olan ərazi, Ziya Bünyadov prospekti, Bakı Dairəvi Yolu, Salyan şosesi, Bibiheybət yolu-1, Bibiheybət yolu-2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Əbdülvahab Salamzadə küçəsi və Böyükşor şosesi.

Vaqif Əsədov bildirib ki, qadağan edilmiş zolaqlarda hərəkət edən sürücülər 40 manat çərimələnəcək.

Bahar RÜSTƏMLİ

AzNews.az