İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün yenidən təcrübə keçmək imkanı yaradır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün yenidən təcrübə keçmək imkanı yaradır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Təcrübə Proqramı elan edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün yenidən təcrübə keçmək imkanı yaradır.

AzNews.az xəbər verir ki, Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər:

- İqtisadiyyat, maliyyə, riyaziyyat, jurnalistika, IT və ya hüquq sahələri.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

- Məntiqi və analitik düşünmə qabiliyyəti;

- Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;

- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)

- Ünsiyyət və təqdimat bacarığı.

Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir.

Təcrübə Proqramı ödənişsiz olmaqla 1 iyun 2017-ci il tarixindən 31 avqust 2017-ci il tarixinə kimi olan dövrü və həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir.

Təcrübə saatları: saat 9:00 – 12:30 və ya 14:30-18:00.

Proqrama qoşulmaq istəyənlərdən 25 may 2017-ci il tarixinə kimi matanat.rasulova@ereforms.org ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya buradan qeydiyyatdan keçmələri xahiş olunur.

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.