Qərb Universiteti orta məktəb şagirdləri və tələbələr üçün iyul və avqust aylarında London şəhərində yay məktəbi təşkil edir. Qərb Universiteti orta məktəb şagirdləri və tələbələr üçün iyul və avqust aylarında London şəhərində yay məktəbi təşkil edir.

Qərb Universiteti Londonda Yay Məktəbi təşkil edir

Qərb Universiteti orta məktəb şagirdləri və tələbələr üçün iyul və avqust aylarında London şəhərində yay məktəbi təşkil edir.

AzNews.az xəbər verir ki, yay məktəbinin proqramına ingilis dili kursları, eləcə də müxtəlif sosial-mədəni tədbirlərdə iştirak, ekskursiya və gəzintilər daxildir.

Düşərgə Londonun sakit guşəsində yerləşir. Düşərgənin təşkil olunduğu yay məktəbi British Council tərəfindən akreditə olunub.
Yay məktəbi iki həftə ərzində davam edəcək. Qrupları Qərb Universitetin nümayəndəsi müşayiət edəcək.

İştirak etmək istəyənlərə viza və bilet dəstəyi göstərilir. İştirakçılar istəyə uyğun olaraq yerli ailələrdə və ya oteldə yerləşdiriləcək.

Qeydiyyat mayın 15-dəkdir.

Əlavə məlumat üçün:
+994 507882078
+ 994 4927418