Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycana gələn jurnalistlərə viza verilərkən müvafiq strukturları diqqətli olmağa çağırıb. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycana gələn jurnalistlərə viza verilərkən müvafiq strukturları diqqətli olmağa çağırıb.

“İndi "Halal hotel" məsələsi ortaya çıxıb” - Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycana gələn jurnalistlərə viza verilərkən müvafiq strukturları diqqətli olmağa çağırıb.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycana gələn jurnalistlərə viza verilərkən müvafiq strukturları diqqətli olmağa çağırıb.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən S. Novruzov bildirib ki, turist adıyla kimə gəldi viza verilməsi düzgün deyil: “Bu gün dünyada nələr baş verdiyini hamımız görürük. Bu məsələdə diqqətli olmaq lazımdır. Hotellərdə təhlükəsizlik məsələlərinə diqqət yetirilməlidir. Bundan başqa, turist adı ilə gəlib 5 nəfər, 10 nəfər birlikdə mənzil kirayələyib qalırlar. Orada nə niyyətlə, necə qalırlar, kimsə bilmir. Evi verən heç onların pasportlarının surətini də tələb etmir”.

S. Novruzov ölkədə “Halal hotel” reklamına da irad bildirib: “İndi elan edirlər ki, filan hotel halaldır. Belə çıxır ki, digərləri haramdır? Bir vaxtlar kolbasanı halal adı ilə fərqləndirirdilər, indi "Halal hotel" məsələsi ortaya çıxıb. Biz 5-10 manata görə ölkədə qurulan ictimai-siyasi sabitliyin pozulmasına yol verə bilmərik".

Vitse-spiker Ziyafət Əsgərov da bildirib ki, turistlərlə bağlı təhlükəsizlik baxımından ayıq-sayıq olmalıyıq.

AzNews.az