Azərbaycanda cinayət törətdiyi üçün Rusiyada saxlanılan 23 yaşlı azərbaycanlı ölkəyə təhvil veriləcək. Azərbaycanda cinayət törətdiyi üçün Rusiyada saxlanılan 23 yaşlı azərbaycanlı ölkəyə təhvil veriləcək.

Cinayət törədib Rusiyaya qaçan azərbaycanlı ölkəyə təhvil veriləcək

Azərbaycanda cinayət törətdiyi üçün Rusiyada saxlanılan 23 yaşlı azərbaycanlı ölkəyə təhvil veriləcək.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, həmin şəxs Azərbaycanda ağır cinayət törətməkdə ittiham edilir. O, 2015-ci ildə tanışını bıçaqlayıb. Həmin şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.

Təqsirkar cinayəti törətdikdən sonra Başqırdıstana qaçıb və qanunsuz şəkildə işə düzəlib. Ötən ilin dekabrında o, saxlanılıb. Rusiya Federal Penitensiar Xidməti qanunsuz miqrantın Azərbaycana qaytarılması ilə bağlı müvafiq sənədlər hazırlayır.