Mingəçevir şəhərində amansızlıqla törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. Mingəçevir şəhərində amansızlıqla törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Arvadının başını kəsən kişi tutuldu - Təfərrüat

Mingəçevir şəhərində amansızlıqla törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, yas mərasimində mərhumun bacısı Gülşən bacısına həyat yoldaşı tərəfindən 25 bıçaq zərbəsi vurulduğunu deyib:

“Kənan bacımın bədənini uşaqlarının gözü qarşısında bıçaqla deşik-deşik edib və sonra balta ilə başını kəsib”.

O, hadisə zamanı bacısının baldızı və qayınanasının da evdə olduğunu bildirib. Onun sözlərinə görə, bacısının qaynanası Nailə Əzizova uzun illərdi ki, şəhərdə sələmçiliklə məşğul olur:

“Qayınanası Güneli dəfələrlə ayrı-ayrı adamların evinə göndərərək onlara sələmlə verdiyi pulların faizini yığdırıb. Bacım isə həmişə qayınanasına və ərinə deyirdi ki, haram pul yeməkdən bezmişəm. Onların evində həmişə dava-dalaş olurdu. Öyrəndik ki, dünən bacım sələmlə verilən pulların faizinin yığılması üçün qayınanasının göndərişinə məhəl qoymayıb. Günel daha pul yığmaq üçün heç yerə getməyəcəyini deyib. Bu səbəbdən də onların evində söz-söhbət düşüb və bacım inadından dönmədiyi üçün onu öldürüblər. Mən dünən axşam bacımgilə hal-əhval tutmağa zəng etdim, eşitdim ki, əri, baldızı və qaynanası birlikdə bacımı öldürüblər”.

Mərhumun anası Xumar xanım qətlin bir yox, 3 nəfər tərəfindən törədildiyini təsdiqlənməsi üçün meyitin müayinə edilməsini istəyib.

***

10:46

Mingəçevir şəhərində arvadını amansızlıqla qətlə yetirən şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gecə Mingəçevir şəhərinin Xətai küçəsindəki yaşayış binasında qeydə alınıb. Şəhər sakini Kənan Əzizov qısqanclıq zəminində aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı Əzizova Günel Yusif qızını bıçaqlayaraq qətlə yetirib.

Məlumata görə, iki uşaq anası Günel Əzizovanın bıçaqla başını kəsərək hadisə yerindən qaçan Kənan Əzizov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tapılaraq istintaqa təhvil verilib. Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az