Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Pirəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Pirəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Şərurlu İsfəndiyar"a qarşı dələduzluq edən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Pirəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, A.Pirəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Pirəliyev Şərurlu İsfəndiyar ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundova məxsus evləri ondan xəbərsiz satmaqda ittiham edilib. A.Pirəliyev İ.Axundovun yaxın adamı Əliyev Heydərlə birlikdə "Şərur" MMC-nin Xətai rayonu, Xudu Məmmədov küçəsində inşa etdiyi binada olan bir neçə evi satıb. İ.Axundovun şikayəti ilə hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub. İttihama görə, cinayət hadisəsi nəticəsində iş adamına 1 milyon 900 min manat ziyan dəyib.

Onu da qeyd edək ki, təqsirləndirilən şəxslərin cinayət işinə ayrı-ayrılıqda baxılıb. H. Əliyev barəsində bir müddət əvvəl şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.