Bu gün saat 18:10 radələrində metronun “Gənclik” stansiyasının “Ganclik Mall” istiqamətindəki çıxışında insident yaşanıb. Bu gün saat 18:10 radələrində metronun “Gənclik” stansiyasının “Ganclik Mall” istiqamətindəki çıxışında insident yaşanıb.

“Gənclik” stansiyasında polis gənci saxladı, insident yaşandı

Bu gün saat 18:10 radələrində metronun “Gənclik” stansiyasının “Ganclik Mall” istiqamətindəki çıxışında insident yaşanıb.

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, insidentə səbəb polis əməkdaşının gənc oğlanı xidməti otağa aparması olub. Bu zaman gəncin yanında olan anası polisə müqavimət göstərib, oğlunun buraxılmasını tələb edib.

Polis səs-küy salan həmin xanımı da otağa aparıb. Hadisə yerinə çox sayda insan toplaşıb, stansiyanın çıxışında sıxlıq yaranıb. Daha sonra polis insanları ərazidən uzaqlaşdırıb. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.