Havalar isindikcə ictimai nəqliyyatdan istifadə edənləri narahat edən başlıca problem avtobuslarda kondisioner sisteminin nə vaxt işləyəcəyidir. Avtobuslarda sərnişinlər sıx olduğu zaman problem daha da böyüyür. Havalar isindikcə ictimai nəqliyyatdan istifadə edənləri narahat edən başlıca problem avtobuslarda kondisioner sisteminin nə vaxt işləyəcəyidir. Avtobuslarda sərnişinlər sıx olduğu zaman problem daha da böyüyür.

Avtobuslarda kondisioner nə vaxtdan işləyəcək? - Video

Havalar isindikcə ictimai nəqliyyatdan istifadə edənləri narahat edən başlıca problem avtobuslarda kondisioner sisteminin nə vaxt işləyəcəyidir. Avtobuslarda sərnişinlər sıx olduğu zaman problem daha da böyüyür.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, sərnişinlə sürücü arasında yaranan mübahisəyə səbəb avtobusda sürücülərin kondisioneri işlək vəziyyətə gətirməməsidir.

Bununla yanaşı, bəzi nəqliyyat vasitələrinin pəncərləri tam açılmadığı üçün avtobusun içərisinə az hava daxil olur. İçəridə təmiz hava azaldığından sərnişinlər buna narazılıq edir.

Sərnişinlər sürücülərdən kondisioneri işlək vəziyyətə gətirməməsinin səbəbini soruşduqda isə, onlara icazənin verilmədiyini bildirirlər.

Digər bir problem isə əksər avtobusların ümumiyyətlə kondisioner sisteminin olmamasıdır.

Bəs problem necə həll olunacaq?

Kondisioneri olan avtobuslarda bu sistem nə vaxtdan işlək vəziyyətə gətiriləcək?

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, yaxın günlərdə daşıyıcılara avtobuslarda kondisioneri işlək vəziyyətə gətirilməsi ilə bağlı tapşırıqlar veriləcək.

Mövsumun başlamasına isə hələ 10 gündən çox vaxt var. Bəs belə isti havalarda avtobuslardan istifadə edən sərnişinlər nə etməlidir ? Bu sual yəqin ki, sərnişinlər qədər agentliyi də düşündürməlidir.

Qeyd edək ki, "Baku Bus” və bir neçə şirkətdə fəaliyyət göstərən avtobuslar kondisioner sistemi ilə təchiz edilib.